Dünyaya gələn əkizlərin hərəkəti həkimləri ağlatdı - FOTO

Dünyaya gələn əkizlərin hərəkəti həkimləri ağlatdı - FOTO
14:17 3 Noyabr 2016
103 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ xəstəxanalarından birində iki il öncə maraqlı hadisə baş verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 2014-cü ildə dünyaya gələn əkizlər otaqda bütün həkim heyətini heyrətləndiriblər. Belə ki, əkizlərin dünyaya gəlməsi arasında cəmi 45 saniyə olub. Onlar anadan olan kimi əl-ələ tutublar və onları bir-birindən ayırmaq mümkün olmayıb.

"Cenna və Cillian iki il öncə doğulublar. Onlar dünyaya gələndə otaqda hər kəs göz yaşlarına boğuldu. İndi də onları bir-birindən ayırmaq mümkün deyil. Bəzən yoldaşım mağazaya gedərkən qızlardan birini özü ilə götürür. Mən də digərini yanımda saxlayıram. Amma uşaqlar özlərini qəribə hiss edirlər və yenidən görüşəndə möhkəm qucaqlaşırlar. Onlar su damcıları kimi ayrılmazdırlar", - deyə əkizlərin anası bildirib.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/485894.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR