"İndi məktəbli qızlar da siqaret çəkirlər"

"İndi məktəbli qızlar da siqaret çəkirlər"
14:52 3 Noyabr 2016
99 Ölkə
Ölkə mətbuatı
A- A+

"Təəssüflər olsun ki, son zamanlar orta məktəblərdə qızlar arasında siqaret çəkənlərin sayı çoxalıb".

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında "Tütün və tütün məmulatı haqqında" qanuna təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı komitənin sədr müavini Eldar Quliyev deyib. 

Millət vəkili bildirib ki, Azərbaycanda siqaret çəkən qadınların sayı artmaqdadır: "Orta məktəblərdə siqaret çəkən qızlar da var. Bu baxımdan orta məktəblərdə buna qarşı kəskin mübarizə aparılmalıdır. Əvvəllər biz buna Rusiya, MDB, Avropa ölkələrində daha çox rast gəlirdik. İndi Azərbaycanda da qadınların siqaretə meyli artıb. Bunun qarşısını almaq üçün təkcə biz valideynlər yox, həmçinin orta məktəblərdə də ciddi nəzarət artırılmalıdır. Siqaretin əks-təbliğat mexanizmi gücləndirilməlidir. Çünki az yaşlarından siqaretə qurşanmış qızların gələcəkdə ana olma riski azalır. Həmçinin siqaret insanlara maddi baxımdan da ziyan vurur". 

Deputat bildirib ki, Azərbaycanda ictimai yerlərdə siqaret çəkənlərə qarşı cərimə müəyyən edilsə də, qanunun bu hissəsi işləmir: "Ötən il İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi ki, ictimai yerlərdə siqaret çəkənlər cərimə olunsunlar. Amma baxaq görək ki, bu günə qədər ictimai yerdə siqaret çəkən hansı vətəndaş cərimə olunub? Heç kim cərimə olunmayıb. Qanun qəbul olunub, amma cərimə olunmaq mexanizmi yoxdur".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/485925.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR