Göz qırpmaq diqqəti artırır

Göz qırpmaq diqqəti artırır
23:12 3 Noyabr 2016
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Yaponiyadakı Osaka Universitetindən olan Nakano və qrupu, göz qırpmağın beyinə təsirini araşdırdılar.

Onlar beyində göz qırpandan dərhal sonra nələr olduğunu müşahidə etdilər.
 
Milli.Az deyerler.org-a istinadən bildirir ki, göz qırpandan dərhal sonra iştirakçıların beyin funksiyalarında dəyişiklik meydana gəldiyini bildirən elm adamları, bunu beynin ani olaraq "yenidən başlanılmasına" bənzətdilər.
 
Eyni zamanlı hadisələrə diqqətin ən çox 3 və ya 4 dəqiqə verildiyini vurğulayan Nakano və qrupu, həmçinin göz qırpmağın beynin sinir hüceyrələrini mikrosaniyəyə qədər zərərsizləşdirdiyi nəticəsini əldə edib.
Tədqiqatçılar araşdırma sayəsində, göz qırpmağın çox qısa müddət, informasiya axınına daha yaxşı nəzarət etmək və bir sonrakı məlumata daha yaxşı hazırlaşmaq üçün beyinə göndərilən bir siqnal olduğu nəticəsinə gəldilər, bu isə fikrin cəmlənməsini gücləndirir və diqqəti artırır.
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/485647.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR