"Fasilədən sonra tam gücümüzlə oynamırdıq" - Kristof Qaltye

"Fasilədən sonra tam gücümüzlə oynamırdıq" - Kristof Qaltye
00:42 4 Noyabr 2016
53 İdman
Ölkə mətbuatı
A- A+

"Çox vacib oyun idi. Növbəti mərhələ üçün bizə şans yarandı".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,bu sözlər "Sent-Etyen"in baş məşqçisi Kristof Qaltyeyə məxsusdu.

Fransa təmsilçisi Avropa Liqasının VI turu çərçivəsində Bakıda "Qəbələ"ni (2:1) məğlub edərək, xallarının sayını 8-ə yüksəldib. Qaltye qarşılaşmadan sonrakı mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: "Artıq "Maynts"la növbəti görüş barədə düşünməliyik. Uğurlu çıxışı həmin oyunda da davam etdirmək istəyirik".

- Oyunla bağlı fikriniz nədi?

- Çox maraqlı oyun keçdi. İlk hissədə top tamamilə bizdə idi. Lakin ikinci hissədə topu rəqib komandaya verdik. Fasilədən sonra tam gücümüzlə oynamırdı. Rəqibimiz də zəif deyildi. Əsas odu ki, qələbə qazana bildik.

- Bakıya "Qarabağ"la oyun üçün də gəlmişdiniz. Həmin "Qarabağ"la "Qəbələ"ni necə müqayisə edə bilərsiniz?

- "Qarabağ"la matçda təcrübəmiz bu günkü qədər deyildi. Lakin iki il sonra keçirilən "Qəbələ" ilə matça ciddi hazırlaşmışdıq. Çətin oyun oldu.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/486077.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR