Bütün şagirdlərə planşet veriləcək

Bütün şagirdlərə planşet veriləcək
11:13 4 Noyabr 2016
84 Ölkə
Ölkə mətbuatı
A- A+

“Təhsil Strategiyasına əsasən, 2020-ci ilə qədər ümumtəhsil məktəblərində təhsil alan bütün şagirdlərin planşetlərlə təmin olunacaq”.

Publika.az xəbər verir ki, bu sözləri Təhsil nazirinin müavini Firudin Qurbanov Xaçmaz şəhərində Təhsil Nazirliyinin məsul əməkdaşları şimal bölgəsi rayonlarının təhsil işçiləri ilə görüşdə deyib.

Nazir müavini bildirib ki, təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində yeni proqramların və dərsliklərin hazırlanması işləri davam etdirilir. Son 10 ildə ölkəmizdə 3 mindən çox yeni məktəb binasının tikildiyini və əsaslı təmir edilib.

Toplantıya Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının təhsil şöbələrinin müdirləri və əməkdaşları, ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin direktorları və müəllimlər qatılıb.

Nazir müavini təhsil sistemində tədrislə yanaşı, əsas diqqətin təlim-tərbiyə məsələlərinə, müəllim-şagird münasibətlərinə yönəldiyini və bu işlərin yerinə yetirilməsində müəllimlərin üzərinə böyük vəzifələr düşdüyünü qeyd edib.

Firudin Qurbanov təhsil sahəsində tərbiyənin inkişaf istiqamətləri, məktəbdənkənar fəaliyyətin təşkili, təkmilləşdirilməsi, xüsusilə vətənpərvərlik tərbiyəsinin rolu və sağlam həyat tərzi ilə bağlı nazirliyin həyata keçirdiyi layihələr haqqında məlumat verib.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev çıxışında son illər rayonda təhsil sahəsində əldə edilən uğurlardan danışıb.

Tədbirdə müvafiq rayonların təhsil işçiləri çıxış edərək təlim və tərbiyə sahəsində görülmüş işlər haqqında məlumat verib, mövcud problemlərin həlli ilə bağlı təkliflərini bildiriblər.

Sonda təhsil işçilərinin fikirləri dinlənilib, suallar cavablandırılıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/174708.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR