Türkiyə Almaniyaya İncirlik bazasına investisiya qoymağa icazə vermir

Türkiyə Almaniyaya İncirlik bazasına investisiya qoymağa icazə vermir
12:27 4 Noyabr 2016
45 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniya Türkiyənin İncirlik şəhərindəki NATO hərbi bazasının inkişaf etdirilməsi üçün sərmayə qoymağa hazır olsa da, Ankara buna icazə vermir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Almaniyanın Die Welt qəzeti məlumat yayıb.

Almaniya baza ərazisində yeni aerodromun tikinitisi və digər infrastruktur işləri üçün 58 milyon avro vəsait yatırmağa hazırdır. Hazırda baza ərazisində 250-yə yaxın alman əsgəri xidmət edir.

Bundan əvvəl alman və türk mətbuatında Almaniya parlamentinin qondarma "erməni soyqırımını" tanıması ilə əlaqədar Türkiyənin alman hərbçilərinə İncirlik hərbi bazasına girişinin məhdudlaşdıracağı barədə məlumatlar yer alırdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/486187.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR