2009-cu ildə Türkiyənin "Türk Hava Yolları" (THY) aviaşirkətində stüardessa işləməyə başlamış Zuhal Şengül 2014-cü ildə "vəzifə səlahiyyətlərinə natamam uyğunsuzluq" adı ilə işdən kənarlaşdırılmışdı.
Z.Şengül THY-dən məhkəməyə şikayətlənmişdi. Məhkəmə dünən qərarını açıqlayıb.
Milli.Az Habertürk-ə istinadən bildirir ki, qərara görə, THY Z.Şengülü işinə bərpa etməlidir.
17 ildən bəri karate ilə məşğul olan "qara kəmər" ustası Zuhal Şengülün işdən qovulmasının real səbəbi videokliplərə və fotosessiyalara çəkilməsi, sosial şəbəkələrdə yarıçılpaq fotolarını paylaşması idi.
THY rəhbərliyinin səbr kasasını daşdıran məqam isə Z.Şengülün "Oyun bitti" qrupunun "Herkes Kolay Para Peşinde" mahnısına çəkdirdiyi videoklipdəki erotik görüntüləri olmuşdu.
Ötən il Türkiyəni tərk edən Z.Şengül ABŞ-ın Nyu-York şəhərində yaşayır. O, fotomodelliklə məşğul olur, pilates məşqlərində təlimatçılıq edir.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:









