5 milyon çinliyə uçuş qadağası qoyuldu

5 milyon çinliyə uçuş qadağası qoyuldu
20:27 4 Noyabr 2016
59 Dünya
Ölkə mətbuatı
A- A+

Çin hökuməti 4,9 milyon nəfərə təyyarə, 1,6 milyon nəfərə isə qatarla səyahət qadağası qoyub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Çinin Kommunist Partiyasının rəsmi mətbuat orqanı olan "Global Times" qəzetində məlumat yayılıb. Qəzet kredit borclarını ödəməyən vətəndaşlara Beynəlxalq İnkişaf və İslahat qurumu tərəfindən səyahət qadağası qoyulduğunu yazıb.

Qurum rəhbərliyi bildirib ki, məhz bu vasitənin tətbiqi ilə 400 mindən çox insanın kredit borcunu ödəməsinə nail olublar.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR