Xalq artisti, kino aktyoru Tariyel Qasımova ağır itki üz verib.
Moderator.az xəbər verir ki, aktyorun 102 yaşlı anası Yaqut xanım bu gün dünyasını dəyişib. Bu barədə Tariyel Qasımovla eyni teatrda çalışan aktyor- xalq artisti Yasin Qarayev məlumat verib. 102 yaşlı xanım Ağstafa rayonunun Köçəgər kəndində dünyasını dəyişib.