Üçqat Olimpiya mükafatçımız, Dünya və Avropa çempionu, azərbaycanlı güləşçi Mariya Stadnik Hindistanda podiuma çıxıb.
Milli.Az azvision.az-a istinadən xəbər verir ki, güləşçimiz professional güləş liqasının ikinci turunun şərəfinə Nyu-Dehlidə baş tutan moda sərgisində iştirak edib.
Stadnik daxil olmaqla bütün iştirakçılar ənənəvi hind geyimində podiuma çıxıblar. Güləşçilər podiuma çıxarkən həyəcanlı olduqlarını vurğulayıblar.
"Döşəkçədə hər şey sadə və təbiidir. Biz uşaqlıqdan vərdiş etdiyimiz şeyləri edirik. Bu isə tamamilə fərqlidir. Mən çox həyəcanlı idim. Bu, Hindistana ilk səfərimdir. Mən Tac-Mahal və Dehlidə qızıl məbədi ziyarət etmək istəyirəm", - deyə Stadnik vurğulayıb.
Milli.Az