Cənubi Sudanda futbol azarkeşləri güllələndi: 11 ölü, 16 yaralı

Cənubi Sudanda futbol azarkeşləri güllələndi: 11 ölü, 16 yaralı
21:52 6 Noyabr 2016
53 Dünya
Ölkə mətbuatı
A- A+

Cənubi Sudanda naməlum şəxs futbol azarkeşlərinə atəş açıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "National Courier" nəşri məlumat yayıb.
Məlumata görə, hadisə paytaxt yaxınlığındakı Cub şəhərində baş verib. Belə ki, bir qrup azarkeş İngiltərə premyer liqasının matçını izləyərkən naməlum şəxs onlara hücum edib.
Atəş zamanı 11 nəfər ölüb, daha 16 nəfər isə xəsarət alıb. Cinayəti törətmiş şəxs qaçaraq gizlənməyə müvəffəq olub.
Hadisənin başvermə səbəbləri araşdırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/486875.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR