"Bursaspor"un futbolçusu Azərbaycan milli komandasına çağırılmasından danışıb

"Bursaspor"un futbolçusu Azərbaycan milli komandasına çağırılmasından danışıb
10:17 7 Noyabr 2016
36 İdman
Ölkə mətbuatı
A- A+

Mənə Türkiyə yığmasında çıxış etmək qismət olmadı. Artıq yeni bir həyəcana başlayıram. 

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Türkiyənin "Bursaspor" klubundan Azərbaycan millisi komandasına çağırılan futbolçu Dəniz Yılmaz bildirib. O deyib ki, bu dəvətlə əlaqədar tam həyəcanlı deyil: "Əlbəttə, Türkiyə yığmasına çağırıldığım kimi 100 faiz həyəcan hiss etmirəm. Amma çox sevinirəm. Yeni bir ab-havaya girirəm. Çox xoşbəxtəm, Azərbaycan millisində olmağı həyəcanla gözləyirəm. Artıq bütün diqqətimi bu ölkənin əsas komandasına yönəldirəm. Əlimdən gələni edəcəyəm. Ümid edirəm ki, dünya çempionatının final mərhələsinə qatılacağıq".

Qeyd edək ki, Dəniz Yılmaz Azərbaycan millisinin noyabrın 11-də Belfastda Şimali İrlandiya yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçına dəvət alıb. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR