İsraildən sığınacaq almaq istəyən Gürcüstan vətəndaşlarının sayı 10 dəfə artıb

İsraildən sığınacaq almaq istəyən Gürcüstan vətəndaşlarının sayı 10 dəfə artıb
14:57 7 Noyabr 2016
83 Dünya
Ölkə mətbuatı
A- A+

Cari ildə Gürcüstanın 5 min 505 vətəndaşı qaçqın statusu almaq üçün İsrail hökumətinə müraciət edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu haqda ölkənin əhalinin və miqrasiyanın qeydiyyatı idarəsi məlumat yayıb.
Müqayisə üçün bildirilib ki, Gürcüstandan analoji məsələ ilə bağlı 2015-ci ildə 500 nəfərə yaxın, 2013-cü ildə isə 4 nəfər müraciət edib.

Məlumata görə, hazırda Gürcüstanla İsrail arasında viza rejimi mövcud deyil. İdarədən bildirilib ki, Gürcüstandan İsrailə gedən turistlərin və qanunsuz yolla ölkədə qalmaq istəyənlərin sayında kəskin artım müşahidə olunur.

2016-cı ildə Gürcüstandan bu dövlətə 117 min turist səfər edib.

İnformasiyada qeyd edilib ki, Ukraynadan da İsrailə səfər edən turistlərin sayı artıb. Son ildə onların sayı 10 min 385 nəfər olub. Onların 3 min 69-u isə qaçqın statusu almaq üçün İsrail dövlətinə müraciət edib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/487072.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR