"Maynts"ın futbolçusu: "Avroliqadan dönüşdə çətinliklə üzləşirik"

"Maynts"ın futbolçusu: "Avroliqadan dönüşdə çətinliklə üzləşirik"
16:27 7 Noyabr 2016
55 İdman
Ölkə mətbuatı
A- A+

"Avropa Liqası ilə Bundesliqanın atmosferi eyni olmur. Avroliqada fərqli komandalarla qarşılaşırıq".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu "Maynts"ın futbolçusu Stefan Bell deyib.

Avropa Liqasında "Qəbələ" ilə eyni qrupda yer alan "Maynts" Almaniya Bundesliqasının X turunda səfərdə "Leipsiq"ə (1:3) məğlub olub.
 
Komandanın yeganə qolunun müəllifi olan 25 yaşlı müdafiəçi bu məğlubiyyəti Avropa Liqasında çıxış etmələri ilə əlaqələndirib: "Avropa Liqasında qrupdakı rəqiblərimiz fərqli ölkələri və fərqli oyun anlayışını nümayiş etdirirlər. Bu, normal haldır. Düzdür, özümüzə problem axtarmırıq. Ancaq avrokubokdan çempionata dönüşdə çətinliklə üzləşirik. "Leipsiq" də bundan istifadə edib 45 dəqiqəyə 3 qol vurdu".
 
Qeyd edək ki, Bakıda "Qəbələ"yə 3:2 hesabı ilə qalib gələn "Maynts" təmsilçimizi qrupun son turunda öz meydanında qəbul edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/487097.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR