Göbələklə "Olivye" salatı

Göbələklə "Olivye" salatı
07:05 8 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Milli.Az göbələklə  "Olivye" salatının hazırlanma qaydasını təqdim edir

Sovet vaxtından çox sevilən klassik olivyenin dadından bezənlər üçün fərqli variant. 

Tərkibi: 

300 q toyuq filesi 

300 q şampinyon

2 yerkökü

3 soğan

250 q bərk pendir

5 yumurta

150 q mayonez

3 x.q. bitki yağı 

3 marinə edilmiş xiyar

Toyuq filesini suda bişirib soyudun. 

Yerkökünü sürtgəcin iri gözündən keçirin. Soğanı xırda doğrayın. Soğanı və yerkökünü ayrılıqda bitki yağında qızardın. Dərin qaba yığın. 

Göbələyi nazik doğrayıb tavada suyu çəkilincə bişirin, qızardın, yerköküyə qatın. 

Toyuq əti, xiyar və bişmiş yumurtanı kubik doğrayın. Pendiri sürtgəcdən keçirin. Hamısını qarışdırıb duz, mayonez vurun. Soyuducuda bir neçə saat saxlayın.

Nuş olsun!

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/487215.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR