Vahe Avetyan: "Buraya gəlib Xocalı soyqırımının qurbanlarının ruhunu yad etmək istədim"

Vahe Avetyan: "Buraya gəlib Xocalı soyqırımının qurbanlarının ruhunu yad etmək istədim"
13:05 8 Noyabr 2016
69 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunması üçün vacib nöqtə məhz humanizmdir".

Milli.Az Trend-ə istinadən bildirir ki, bu sözləri "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri. Ermənistan və Azərbaycandan baxış" mövzusunda bu gün Bakıda keçirilən konfransda erməni hüquq müdafiəçisi Vahe Avetyan deyib.

V.Avetyan deyib: "Azərbaycan məni yaxşı qəbul etdi. Məndə ən gözəl təəssüratlar yaranıb. Buraya bir həftə əvvəl gəlmişəm və bu səfəri "fərdi həcc ziyarətim" adlandırmışam. Buraya təkcə siyasətçi kimi yox, həm də yazıçı və şəxsiyyət kimi gəlmişəm. Mən buraya gəlib Xocalı soyqırımının qurbanlarının, günahsız insanların ruhunu yad etmək istədim".

O qeyd edib ki, münaqişə vasitəçilər olmadan xalqlar arasında həll olunmalıdır.

V.Avetyan qeyd edib: "Arzu edirəm ki, iki xalq sülh içərisində yaşayaq. Bizim talelərimiz bağlıdır. Biz, ictimai təşkilatlar hökumətlərə münaqişənin həllində kömək edə bilərik. Vəziyyət o yerə çatıb ki, biz yardım üçün üçüncü tərəfləri çağırmalı olmuşuq. Biz artıq 27 ildir ki, münaqişə edirik, artıq məsələni həll etmək vaxtıdır".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR