Klinton Konnektikut, Ohayo və Pensilvaniyada Trampı qabaqlayıb

Klinton Konnektikut, Ohayo və Pensilvaniyada Trampı qabaqlayıb
08:37 9 Noyabr 2016
58 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Demokratlar Partiyasından ölkə prezidentliyinə namizədliyi olan Hillari Klinton səsvermənin nəticələrinə görə Konnektikut, Ohayo və Pensilvaniya ştatlarında inamla irəliləyir.   

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə,  Konnektikut üzrə bülletenlərin hesablanmış 1 faizinin nəticəsinə görə, Klinton  66,8 faiz, Tramp isə 29,3 faiz səs toplayıb.
 
Ohayo ştatında səslərin hesablanmış 30 faizinin nəticəsinə görə, Klinton  52 faiz, Tramp isə 44,5 faiz səs toplayıb.
 
Pensilvaniya ştatında isə bülletenlərin hesablanmış 1 faizinin nəticəsinə görə seçicilərin 81 faizi Klintona, 16 faizi isə Trampa səs verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/487669.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR