Millimizə qarşı qara sarğı ilə

Millimizə qarşı qara sarğı ilə
09:22 9 Noyabr 2016
92 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizlə qarşılaşacaq Şimali İrlandiya yığması oyuna qara sarğı ilə çıxacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, buna səbəb britaniyalıların "Atəşkəs (Sülh) günü"nü qeyd etməsidir.

Bundan əlavə, İrlandiya Futbol Federasiyası FİFA-ya Şimali İrlandiyanın oyun vaxtı köynəyində və ya qol sarğısında lalə rəsmi ilə çıxması barəsində müraciət ünvanlayıb. Ancaq ali futbol qurumu bu barədə qərarı dəstəkləməyib.
 
Bundan əlavə, qarşılaşmanın keçiriləcəyi "Uindzor Park" stadionunun ekranında 1916-cı ildə I Dünya Müharibəsi zamanı həlak olmuş irlandiyalı futbolçuların adları göstəriləcək və bir dəqiqə sükut olacaq.
 
Qeyd edək ki, Şimali İrlandiya - Azərbaycan matçı noyabrın 11-i Bakı vaxtilə saat 23:45-də başlayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/487679.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR