Trampın ayaq səsləri Avropanı ŞOKA SALDI: "Dünya gözümüzün önündə yıxılır"

Trampın ayaq səsləri Avropanı ŞOKA SALDI: "Dünya gözümüzün önündə yıxılır"
11:37 9 Noyabr 2016
278 Dünya
Ölkə mətbuatı
A- A+

Seçkilərdə respublikaçı namizəd Trampın ABŞ-ın 45-ci prezidenti seçilməsi Avropada şok effekti yaradıb.

Milli.Az Milliyet-ə istinadən bildirir ki, Fransanın ABŞ-dakı səfiri Cerard Araud: "Brexit və bu seçkilərdən sonra artıq hər şey mümkündür. Gözlərimizin qarşısında bir dünya yıxılır", - sözləriylə nəticələr açıqlandıqdan sonra hiss etdiklərini şərh edib.

Respublikaçı namizədin qələbəsi Almaniyada da "soyuq duş"  effekti yaradıb. Adı çəkilən ölkənin müdafiə naziri Ursula von der Leyen isə "Şok yaşayırıq" ifadəsi ilə seçkinin nəticəsinin gözlənilməz olduğuna eyham vurub.

Təhməz Təkin

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/487754.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR