Metyu Brayza: "Donald Tramp Rusiya ilə yaxşı əlaqələr qurmağa çalışacaq"

Metyu Brayza: "Donald Tramp Rusiya ilə yaxşı əlaqələr qurmağa çalışacaq"
13:22 9 Noyabr 2016
128 Dünya
Ölkə mətbuatı
A- A+

Donald Tramp prezident seçkilərində tam qələbə qazanacağı təqdirdə, rəsmi Moskva ilə yaxşı münasibətlərin qurulmasına səy göstərəcək.

Milli.Az bildirir ki, bu barədə Trend-ə ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

M.Brayza D.Trampın hələ dəqiq xarici siyasət strategiyasının olmadığını qeyd edib.

Onun sözlərinə görə, D.Trampın Rusiya prezidenti Vladimir Putinlə yaxşı əlaqələri var və Rusiya ona dəstək məsələsində böyük rol oynayıb: "Buna görə də o, Moskva ilə yaxşı münasibətlər yaratmağa çalışacaq".

Qeyd edək ki, seçkilərin ilkin nəticələrinə əsasən, D.Tramp ABŞ-ın növbəti - 45-ci prezidenti seçilib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR