"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo rəhbərlikdən tibbi personalın işini yenidən nəzərdən keçirməyi istəyir.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, 53 yaşlı mütəxəsis Stiv Maknellinin rəhbərlik etdiyi bölmənin işindən narazıdır. O, fərdi olaraq heç kimin adını çəkməyib. Maknelli "Yunayted"də 2006-cı ildən baş həkim kimi çalışır.
Milli.Az