Piri-piri sousu ilə toyuq qızartması

Piri-piri sousu ilə toyuq qızartması
07:05 10 Noyabr 2016
198 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az portuqaliya mətbəxindən piri-piri sousu ilə toyuq qızartmasının hazırlanma qaydasını təqdim edir. Adətən, bu sousla bütöv toyuğu qızardırlar. Təqdim etdiyimiz reseptdə isə toyuq döşündən istifadə edilib. 

Tərkibi:

2 bolqar bibəri

2 Çili istiotu

3 x.q. limon şirəsi

1 ç.q. paprika

2 diş sarımsaq

500 q toyuq filesi

30 ml zeytun yağı

duz

Bolqar bibəri ilə Çili istiotunu yuyun, təmizləyib doğrayın. Qazana yığıb limon şirəsi tökün. Vam odda 10 dəqiqə bişirin. Sonra əl blenderinin köməyi ilə püre halına salın. Paprika, sarımsaq və duz əlavə edib yenidən xırdalayın. 

Toyuq filesinin üzərində diaqonal üzrə üç kəsik edin, əti odadavamlı qaba qoyun. Üzərinə bibərli sousu və zeytun yağı gəzdirin.  

180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. 

Qarnir olaraq düyü, yaxud tərəvəz salatı seçə bilərsiniz. 

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/487237.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR