Arda-Terim böhranını Ərdoğan həll edib

Arda-Terim böhranını Ərdoğan həll edib
16:07 10 Noyabr 2016
75 İdman
Ölkə mətbuatı
A- A+

Arda Turanla Fatih Terimin barışığı ilə bağlı yeni faktlar açıqlanıb. Fanat.Az xəbər verir ki, bu barədə "Fanatik" qəzeti məlumat yayıb.


Xəbərdə bildirilir ki, Emre Belözoğlunun tərəflər arasında vasitəçilik etməsi ilə bağlı iddialar doğru deyil. Düzdü, Emre onları telefonla danışdırıb və bundan sonra barışıq elan edilib.


"Fanatik" yazır ki, futbolçu və baş məşqçini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan barışdırıb. Dövlət başçısı istəyini teleaparıcı Acun İlıcalı vasitəsi ilə Arda və Terimə çatdırıb. 


Acun əvvəlcə prezidentlə görüşüb. Daha sonra isə Ərdoğanın Arda və Terim arasındakı problemin uzanmasından narahat olduğunu, böhranın bir an öncə həll edilməsini istədiyini tərəflərin diqqətinə çatdırıb. 


Daha sonra isə Emre Belözoğlunun vasitəçiliyi ilə baş məşqçi və futbolçu telefonla danışaraq vəziyyəti düzəldiblər.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-arda-terim-bohrann-rdoan-hll-edib-t54040.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR