Ağ çayın bilinməyən faydaları

Ağ çayın bilinməyən faydaları
23:12 10 Noyabr 2016
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağ çay - çay kolunun (camellia sinensis) tumurcuq və cavan yarpaqlarından əldə edilən və birbaşa günəş işığıyla qurudularaq qıcqırma prosesinə məruz qalmadan minimum oksidləşməylə əldə edilən bir çay növüdür.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, aparılan araşdırmalarda çaylar arasında protein baxımından ən zəngin çayın ağ çay olduğu və bunun səbəbinin ağ çayın istehlak edilən hissəsinin tumurcuq mənşəli olduğu güman edilir.
 
Ağ çay triqliserid səviyyəsini salır, yağların parçalanmasını sürətləndirir, bədənin antioksidant səviyyəsini artırır, xərçəng hüceyrələrini məhvedici təsir göstərir, xüsusən, kolon xərçənginə qarşı olduqca təsirlidir. Çaylar arasında ən yüksək antioksidant dəyərini ağ çay daşıyır. Ağ çay qanda xolesterin səviyyəsini yaşıl çaya nisbətən daha tez salır.
Gündə 2 fincan içilən ağ çay sağlamlıq baxımından əhəmiyyətli bir yerə sahibdir və mütləq istehlak edilməsi lazım olan çaylar arasında birinci sırada durmalıdır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR