İş masasından əlil arabasına gedən yol

İş masasından əlil arabasına gedən yol
23:52 5 Yanvar 2015
159 Sosial
Ölkə mətbuatı
A- A+

Onurğa yırtığını yaradan amillər
Hər ötən gün onurğa sütunu xəstəliklərindən əziyyət çəkən şəxslərin sayı artır. Bu xəstəliklər sırasında onurğa yırtığı üstünlük təşkil edir. Həkimlər bunu düzgün qidalanmamaq və oturaq həyat tərzi keçirməklə əlaqələndirirlər.

Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, Quba Mərkəzi rayon Xəstəxanasının həkimi Akif Babaşov bildirir ki, bu xəstəliyin ilkin əlamətləri bel nahiyəsində ağrılarla müşahidə olunur.

Onurğa yırtığı xəstəliyi bəzi hallarda irsi xarakter daşıyır. Çox vaxt bu xəstəliyin müalicəsi əməliyyat stoluna kimi gedir. Vətəndaşların bəziləri isə sağalmağı türkəçarə üsullardan istifadə etməkdə görürlər. Mütəxəssislər isə xəstəliyin müalicəsi üçün vaxtaşırı həkim müayinəsinin vacib olduğunu deyirlər.
 
Vaxtında və düzgün müalicə olunmazsa, onurğa xəstəlikləri insanın əlil olmasına gətirib çıxara bilər. Gündə yarım saat idman hərəkətləri etmək onurğa sütununun zədələnməsinin qarşısını qismən alır. Mütəxəssislər onurğa sütununun qayğısına qalmaq üçün üzgüçülüklə məşğul olmağı da faydalı hesab edirlər.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR