Qubada ağır qəza - ÖLƏN VAR

Qubada ağır qəza - ÖLƏN VAR
05:18 15 Noyabr 2016
275 Ölkə
Ölkə mətbuatı
A- A+

Qubada ölümlə nəticələnən yol qəzası baş verib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonu, Pirvahid kəndi ərazisində “VAZ” markalı minik avtomobilin “MAN” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1981-ci il təvəllüdlü Hüseynov Əzizağa Seyidağa oğlunun cəsədini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/175953.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR