"Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün baş tutacağına ümid edirik"

"Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün baş tutacağına ümid edirik"
11:47 15 Noyabr 2016
70 Ölkə
Ölkə mətbuatı
A- A+

"ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəflərlə işləməyə hazırdır".

Milli.Az bildirir ki, bu sözləri bu gün Trend-ə amerikalı həmsədr Ceyms Uorlik deyib.

C.Uorlik Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Hamburqda görüşünün baş tutacağına ümid etdiyini bildirib. Həmsədr növbəti sammitin də təşkil olunması üçün prezidentlərlə çalışmaqda davam etdiklərini qeyd edib.

Qeyd edək ki, Almaniyanın Hamburq şəhərində dekabrın 8-9-da ATƏT xarici işlər nazirlərinin iclası keçiriləcək.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR