Həsən Ruhani Rusiya ilə viza rejiminin ləğv olunması fikrini dəstəkləyir

Həsən Ruhani Rusiya ilə viza rejiminin ləğv olunması fikrini dəstəkləyir
12:57 15 Noyabr 2016
53 Dünya
Ölkə mətbuatı
A- A+

"İran prezidenti Həsən Ruhani Rusiya ilə viza rejiminin ləğv olunması fikrini dəstəkləyib".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko İran prezidenti ilə görüşdən sonra deyib.

V.Matviyenko H.Ruhanidən sitat gətirərək bildirib: "Artıq ilk addım atılıb, hər iki tərəfdən turistlərin sayı artıb. Biz bu rejimin daha da sadələşdirilməsinə, mərhələli şəkildə vizasız rejimə keçməyə hazırıq".

Ötən gün V.Matviyenko bu barədə iki ölkənin konsul xidmətləri arasında məsləhətşəmələrin davam etdiyini demişdi.

Xatırladaq ki, 2015-ci ildə Rusiya və İran arasında viza rejiminin sadələşdirilməsi haqqında razılıq əldə olunmuşdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/489563.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR