BMT rəsmisi: "Suriyada atəşkəs elan olunmasına görə ABŞ və Rusiya məsuliyyət daşıyır"

BMT rəsmisi: "Suriyada atəşkəs elan olunmasına görə ABŞ və Rusiya məsuliyyət daşıyır"
14:32 15 Noyabr 2016
73 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ "Suriyada atəşkəs elan olunmasına görə ABŞ və Rusiya məsuliyyət daşıyır".
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu BMT baş katibinin müavini Yan Eliasson deyib.
"BMT Təhlükəsizlik Şurası və Beynəlxalq Dəstək Qrupunda müzakirə olunan razılaşmaların həyata keçirilməsi üçün həm ABŞ, həm də Rusiya ciddi məsuliyyət daşıyır. ABŞ və Rusiya arasında dialoqun davam etdiriləcəyinə və bu dəhşətli münaqişəyə son qoyacağına ümidvaram", - deyə Y.Eliasson "Sputnik"bagentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, zərər çəkən əhaliyə yardım göstərilməsi imkanı elə də çox olmayacaq, amma xəstələrin təxliyə edilməsi, orada tibbi personalın təmin olunması, eləcə də suriyalıları qida və digər zəruri mallarla təmin etmək həyati əhəmiyyət daşıyır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR