Kişilər də ən az qadınlar qədər çətin varlıqlardır. Söhbət sevgi münasibətlərindən gedirsə, bu vəziyyət iki qat artır.
Publika.az lent.az-a istinadən hər qadının kişilər haqqında bilməli olduğu 10 faktı təqdim edir.
1. Hər kəs qadınların daha tez aşiq olduğunu düşünür. Lakin
aparılan araşdırmalar sübut edib ki, kişilər qadınların
düşündüyündən daha sürətlə aşiq olurlar.
2. Seksə başlayan tərəf hər zaman kişilər olmaq məcburiyyətində
deyil. Buna görə də qadın ilk addımı atdıqda, bu, kişilərin çox
xoşuna gəlir. Eyni zamanda, fərqli təcrübələr yaşamaq da onları
başdan çıxarır.
3. Evli cütlüklər üzərində aparılan araşdırmalardan biri sübut edib
ki, yenidən evlənmə şansları olsa, kişilərin 90%-i yenə eyni qadını
seçər. Yəni münasibətlərdə bağlılıq yalnız qadınlara məxsus
deyil.
4. Kişilərin baxımlı qadınlardan təsirləndikləri bir həqiqətdir.
Ancaq yataqdan yeni qalxan və gecə göynəyindəki halınız də onların
ağlını başından ala bilər. Kişilər sizi ən təbii halınızla gördükdə
özlərinə daha yaxın və son dərəcə cazibədar hiss edir.
5. Düşünülənin əksinə olaraq, kişilər romantik qadınları seksual
qadınlardan daha çox bəyənir. Eləcə də təbii gözəlliyi olan
qadınları həddən artıq makiyajlı qadınlardan üstün tutur.
6. Aşiq olan kişi duyğularını paylaşır, sevgilisini güldürməyə
çalışır, onu qucaqlayıb öpməkdən əsla çəkinmir. Qısası, sevgilisinə
daha çox sevgi dolu davranır.
7. Kişilərin yataqda yalnız seks düşündükləri yanlışdır. Kişilər
sevgililərini qucaqlamağı qadınların təxmin etdiklərindən daha çox
sevirlər.
8. Kişilər münasibətdə ilk "səni sevirəm" deyən tərəf olmaqdan
çəkinmirlər. Araşdırmalara görə, kişilərin 66 faizi bu mövzuda
olduqca açıqdır.
9. Yalnız qadınlar deyil, kişilər də onlara kompliment deyilməsini
çox sevirlər.
10. Kişilərin bir qadınla münasibəti ola-ola digər qadınları fiziki
olaraq cazibədar hesab etmələri bir həqiqətdir. Ancaq bu vəziyyət
onlarla yaxından maraqlandıqları mənasını vermir.