Ərdoğan: "Türkiyə Pakistana istənilən dəstəyi göstərməyə hazırdır"

Ərdoğan: "Türkiyə Pakistana istənilən dəstəyi göstərməyə hazırdır"
13:37 16 Noyabr 2016
118 Dünya
Ölkə mətbuatı
A- A+

"Türkiyə Pakistana istənilən dəstəyi göstərməyə hazırdır".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Pakistana səfərindən əvvəl jurnalistlərə açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhd zamanı Pakistan rəsmi Ankaraya dəstək göstərmişdi.

Türkiyə və Pakistan arasında terrorçuluğa qarşı mübarizə sahəsində də ümumi maraqlar var.

Qeyd edək ki, bu gün Türkiyə prezidenti R.T.Ərdoğanın Pakistana səfəri başlayır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/489938.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR