Azərbaycanda "ARTDOT" layihəsi başlayır

Azərbaycanda "ARTDOT" layihəsi başlayır
18:47 16 Noyabr 2016
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Dizayn - müəllif tərəfindən yalnız böyük predmetlərlə əməliyyat etmədən məkana uyğun çoxsaylı parametrlərin vizuallaşdırılması deməkdir.

Heç gözə çarpmayan tək bir təfərrüat yaxud kiçik detal "məkana" tamamlıq verə bilər. Əksər hallarda belə "nöqtələrə" fərdiliyin yaradılması üzrə dizayner məsələlərinin həllində bərabər partnyorlara çevrilmiş bədii əsərlər aiddir.

Mədəniyyət və Turizm Nazirliyinin Muzey mərkəzinin qalereyası və Azərbaycanın "SALON" jurnalı birlikdə unikal "ARTDOT" layihəsini başlayırlar. Layihə çərçivəsində dizayn və arxitektura, rəssamların, heykəltəraşların, fotoqrafların və müəllif kukla ustalarının əsərləri kimi bir neçə bədii incəsənət istiqamətinin simbiozu təqdim ediləcək.

İl ərzində dörd sərgidən ibarət olan layihənin noyabr-dekabr aylarında başlanması planlaşdırılır.

"ARTDOT" layihəsinin məqsədi dizayn-xidmətlərin istehlakçıları, interyer bazarın mütəxəssisləri və alıcılarda dizaynın funksiya və bədii surətin dərk edilmiş inteqrasiya prosesi anlayışını formalaşdırmaqdan ibarətdir. Layihə çərçivəsində gənc Azərbaycan rəssamlarının və memarların sərgiləri, dizayn-sərgilər, mühazirələr və ustad dərsləri, xarici qonaqların iştirakı ilə təqdimatlar və vorkşoplar planlaşdırılıb. Layihənin vəzifəsi incəsənəti real həyat mühitinə qatmaq, bədii əsərləri interyerin elementi kimi təqdim etmək və onların satışı üçün əlverişli imkan yaratmaqdır.

"ARTDOT" ahəngdar bir mühitin yaradılması nümunəsidir, onda bütün tərkib hissələri bərabər və partnyorluq əlaqələrindədir. Çünki gerçəklik və kamilliyi yaradan məhz detallardır.

Birinci sərgi "pop-art" istiqamətinə həsr ediləcək. Bu, müasir estetikanın nəhənglərindən biridir. Pop-art əsərləri incəsənət dünyasında diametral əks reaksiyaları, peşəkarlar və bədii tənqidçilərin arasında ən geniş müzakirələri doğura bilirdi. "Popsa" və "pop-adət" - bu istiqamətə indiyə qədər verilən alçaldıcı qiymətlər budur. Lakin, bu heç cür iddia edilmir - populyar incəsənət prinsipial olaraq elita üçün deyil. Əsas obyekt və surət kimi pop-art istehlak məhsulları surətlərindən istifadə edir. Pop-art sanki sadə məzmununu kütləvi mədəniyyətdən və ağılsız ritmi və istehlak dəyərləri olan ən müasir həyatdan götürür. Faktiki olaraq, incəsənətdə bu istiqamət ənənəvi təsviri yaradıcılığı kütləvi mədəniyyətin və ya maddi aləmin cürbəcür obyektlərinin nümayişi ilə əvəz edib.

Mücərrəd ekspressionizmi əvəz edərək, kütləvi informasiya vasitələri və reklamın müəyyən etdiyi yeni bədiiliyə istiqamətlənərək, müasir pop-art bədii "palitrada" öz yerini tutub və Riçard Hamiltonun belə fikrini təsdiqləyib: "Pop-art - populyar, ötəri, fərasətli, tez unudulan, seksual, cavandır".

Belə mövqe bu gün aktualdırmı? Yüksək dərəcədə. Jan Bodroyyar "Pisliyin şəffaflığı" əsərində insan fəaliyyəti və mədəniyyətində əsas sahələrin çərçivələri qeyri-aşkar olduğu haqqında yazır. Hər halda, pop-art öz açıq-aydın görünən yüngüllüyünə baxmayaraq, çox ağıllı, ictimai şüurun vəziyyətinə dəqiq və rişxəndlə diaqnoz qoyan incəsənətdir. Bu isə, yüksək mənzərə xüsusiyyətlərilə birlikdə böyük bir qüvvədir...

Beləliklə, öz müasir dünya duyğusunun yeni ifadə üsullarını axtaran gənc azərbaycanlı rəssam, fotoqraf və heykəltəraşların iştirakı, Azərbaycanda yeni layihənin ilk sərgisinə təbii şəkildə tam uyğun gəlir. Layihənin təşkilatçıları - Muzey mərkəzinin qalereyası və Azərbaycanın "SALON" jurnalı mühit və məkan harmoniyası sayəsində parlaq müsbət emosiyalar yarada biləcək qeyri-adi bir duet təşkil edir.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490118.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR