IV “Zamanla üz-üzə” beynəlxalq musiqi layihəsi keçiriləcək

IV “Zamanla üz-üzə” beynəlxalq musiqi layihəsi keçiriləcək
21:12 16 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 16 noyabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2016-cı il payız mövsümündə “Zamanla üz-üzə” beynəlxalq layihəsinin davamının keçirilməsi planlaşdırılıb.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, layihənin bədii rəhbəri, professor Fərəc Qarayevdir. Layihədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, dirijorlar Vladimir Runçak, Roland Fraysitzer və solist Yuliya Purgina iştirak edəcəklər. Layihəni səciyyələndirən önəmli məqam bir çox müasir musiqi əsərlərinin Bakıda ilk dəfə ifa olunmasıdır.
“Zamanla üz-üzə” beynəlxalq layihəsi çərçivəsində 2016-cı il noyabrın 30-da, dekabrın 2-də, dekabrın 7-də və dekabrın 9-da Azərbaycan Dövlət Filarmoniyasında və Beynəlxalq Muğam Mərkəzində konsertlər silsiləsinin keçirilməsi nəzərdə tutulub.


Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/iv-zamanla-uz-uze-beynelxalq-musiqi-layihesi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR