Hindistanın şimal bölgəsində 4,2 bal gücündə zəlzələ baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yeraltı təkanların episentri paytaxt Dehlidən 88 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Zəlzələ Dehlidə hiss olunub. Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

Milli.Az