"Anamız ölməyib, geri qayıdacaq" - Azyaşlıların faciəsi

"Anamız ölməyib, geri qayıdacaq" - Azyaşlıların faciəsi
15:05 17 Noyabr 2016
1092 Ölkə
Ölkə mətbuatı
A- A+

"Zərdabda anaları qətlə yetirilən 3 azyaşlı uşaq ailə tipli Gəncə SOS uşaq kəndinə yerləşdirilib. Onlar bir-birindən ayrılmayıblar və hazırda bir yerdədirlər".

Milli.Az bildirir ki, bunu azvision.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova deyib. 

"Uşaqlar çox balaca olduğundan vəziyyəti dərk etməyiblər. Sadəcə daimi yaşadıqları evdən SOS uşaq kəndinə aparılmaları onlara təsir edib. İndi hər şey yaxşıdır və biz onlarla mütəmadi olaraq maraqlanırıq. Həmin uşaqlar analarının ölümünü dərk etmirlər".

T.İbrahimova qeyd edib ki, Qəbələdə anası öldürülən uşaqları hələ də atasının valideynləri saxlayırlar. 

"Uşaqlar istintaq bitənə qədər orada qalacaqlar. Evə mühafizə cəlb olunub, uşaqların təhlükəsizliyi qorunur. Öldürülən qızın yaxınları uşaqların onlardan alınmasını tələb edirlər. Ailələr arasında münaqişə davam edir. Bu baxımdan istəyirik ki, uşaqlar təhlükəsiz yerdə qalsınlar. Hazırda vəziyyət analiz edilir, reabilitasiya işləri aparılır. Analarının ölümü uşaqlara mənfi təsir göstərib. Onlar elə bilirlər ki, anaları nə vaxtsa geri qayıdacaq. Uşaqların psixoloji problemləri var". 

Qeyd edək ki, oktyabr ayında Zərdab və Qəbələdə iki qadın həyat yoldaşı tərəfindən qətlə yetirilib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR