Dövlət Miqrasiya Xidmətinin rəisi İranın Azərbaycandakı səfiri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi İranın Azərbaycandakı səfiri ilə görüşüb
16:47 17 Noyabr 2016
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev İranın Azәrbaycandakı sәfiri Cavad Cahangirzadә ilә görüşüb.
Qurumdan "Report"a verilən məlumata görə, Xidmət rəisi iki qonşu ölkənin istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrindən söhbət açıb, əməkdaşlığın bundan sonra da davamlı olacağına əminliyini ifadə edib.
Miqrasiya sahəsində əməkdaşlığın daha da səmərəli şəkildə həyata keçirilməsi barədə söhbət açan Xidmət rəisi əcnəbi iş adamlarına Azərbaycanda çevik, səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaradıldığını vurğulayıb. F.Nəbiyev bildirib ki, Miqrasiya Məcəlləsində də Azərbaycana investisiya qoyan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan əcnəbilərin ölkədə olma və yaşamaları, həmçinin iş icazləri ilə bağlı məsələlər kifayət qədər sadələşdirilib ki, bu da əcnəbilərin Azərbaycanda iş qurmaları üçün yeni imkanlar açıb. Xidmət rəisi iranlı iş adamlarının da bu imkanlardan daha geniş şəkildə istifadə edəcəyinə əminliyini ifadə edib.
C.Cahangirzadə Azərbaycanda səfir kimi fəaliyyət göstərməsindən şərəf duyduğunu bildirib. Diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə və dərinləşməsinə çalışacağını, o cümlədən miqrasiya sahəsində də әlaqәlәrin inkişafı üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. Qeyd edib ki, sabitlik, din və dil yaxınlığına görə Azərbaycana gələn İİR vətəndaşlarının sayında artım var.

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/dovlet-miqrasiya-xidmetinin-reisi-i-ranin-azerbaycandaki-sefiri-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR