Azərbaycanda DSMF-nin saxlanma xərcləri kəskin artırılır

Azərbaycanda DSMF-nin saxlanma xərcləri kəskin artırılır
17:52 17 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ Gələn il Dövlət Sosial Müdafiə Fondundan (DSMF) əmək pensiyalarının ödənilməsinə 3 213,82 mln. manat ayrılması nəzərdə tutulub. "Report" xəbər verir ki, bu, Fondun 2017-ci ilin büdcəsi haqqında qanun layihəsində nəzərdə tutulub.
Sənədə əsasən, pensiya xərcləri bu illə müqayisədə 2,5% və yaxud 77,72 mln. manat artacaq.
Layihədə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər xərclər 1,5% və yaxud 1,55 mln. manat artırılaraq 104,4 mln. manata, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə xərclər 2,7% və yaxud 600 min manat artırılaraq 22,6 mln. manata, hamiləliyə və doğuşa görə xərclər 2,2% və yaxud 600 min manat artırılaraq 28,1 mln. manata, uşağın anadan olmasına görə xərclər 7,5% və yaxud 580 min manat azaldılaraq 7,2 mln. manata, 3 yaşına qədər uşaqlara qulluqla əlaqədar xərclər 2,3% və yaxud 300 min manat artırılaraq 13,4 mln. manata, dəfn üçün xərclər 9,9% və yaxud 1,7 mln. manat azaldılaraq 15,5 mln. manata, işsizliyə görə xərclər isə 15,3% və yaxud 2,33 mln. manat artırılaraq 17,6 mln. manata çatdırılıb.
Gələn il DSMF-nin mərkəzi aparatı və yerli orqanlarının saxlanılması xərcləri 48,15% və yaxud 13 mln. manat artırılaraq 40 mln. manata çatdırılıb.
Fondun beynəlxalq xərcləri 50% və yaxud 20 min manat artırılıb. Belə ki, DSMF-dən Beynəlxalq və MDB dövlətləri Sosial Təminat assosiasiyalarına üzvlük haqqı kimi 60 min manat ödənilməsi nəzərdə tutulub.
DSMF 2017-ci ildə Beynəlxalq İnkişaf Assosiasiyası ilə imzaladığı "İnkişaf üçün kredit sazişi" çərçivəsində "Pensiya və sosial təminat layihəsi" üzrə kreditin qaytarılmasına isə 1,6 mln. manat xərc çəkəcək. Bu da 2016-cı illə müqayisədə 28% və yaxud 350 min manat çoxdur.
Gələn il Fondun digər xərcləri isə dəyişməyib. Məsələn, qurum pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqına yenə 21 mln. manat yönəldəcək. DSMF-dən sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına - 19,2 mln. manat ödəniləcək.
Xatırladaq ki, gələn il DSMF-nin büdcəsi 3,4 mlrd. manat proqnozlaşdırılır ki, bu da bu illə müqayisədə 2,8% və yaxud 92,64 mln. manat çoxdur. Büdcənin 62,5%-i və yaxud 2,125 mlrd. manatı məcburi dövlət sosial sığorta haqları, 1,27 mlrd. manatı dövlət büdcəsindən ayırmalar (transfert), cəmi 5 mln. manatı isə sair gəlirlər hesabına təmin olunacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-dsmf-nin-saxlanma-xercleri-keskin-artirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR