"Seysmik aktivlik kəskin artıb"

"Seysmik aktivlik kəskin artıb"
01:53 18 Noyabr 2016
117 Ölkə
Ölkə mətbuatı
A- A+

Son iki ay ərzində zəlzələlərin aktivliyinin kəsin artması Azərbaycan əhalisinin gözündən qaça bilməz. Biz vəziyyəti şərh etmək üçün görkəmli seysmoloq, professor, geologiya-minerologiya elmləri doktoru Elçin Xəlilovdan – Geoloji və Ətraf Mühitin Qlobal Dəyişiklikləri üzrə Beynəlxalq Komitənin sədrindən (Almaniya) xahiş etdik.

- Elçin müəllim, sizin proqnozlarınız həyata keçməyə başlayıbmı?

- Əfsuslar ki, bəli və son iki ay yarım ərzində İtaliyada baş verən zəlzələlər toplusu, planetar miqyasda növbəti gücdə kəskin aktivlik siklinin başlandığını göstərir. Misal olaraq belə bir faktı gətirmək istəyirəm - əgər bu ilin may ayında maqnitudu 5 baldan yüksək olan zəlzələlərin dünya üzrə sayı 91 idisə, sentyabr ayı ərzində analoji gücdə olan zəlzələlərin sayı 179 oldu. Beləliklə, beş ay ərzində zəlzələlərin sayı kəskin artıb.

2015-ci ilin dekabrın sonlarında biz, Elmi Əməkdaşlıq üzrə Ümumdünya Təşkilatının (www.wosco.co) və Geodinamik Monitoring Üzrə Beynəlxalg Sistemin (www.seismonet.com) saytlarında, 2026-cı ilə qədər planetar seysmik aktivliyin rəsmi proqnozunu açıqlamışıq. Bu proqnoz rəsmi olaraq Azərbaycanın Müəllif Hüquqları üzrə Dövlət Agentliyində qeydə alınmışdır və 25.04.2016 il tarixli № 0416-8399-16 nömrəli sertifikat alınmışdır. Sonradan bu proqnoz müxtəlif ölkələrin bir çox saytlarında yerləşdirilmişdir.

Mən burada seysmik aktivliyin proqnozlaşdırılan maksimumlarını göstərmək istəyirəm:

Maqnituda 6,0-dan 6,9-a qədər – 2018-2026-cı illər (orta güc);

Maqnituda 7,0-dən 7,9-a qədər – 2016-2021-ci illər (güclü);

Maqnituda ≥8 – 2018-2023-cü illər (fəlakətli).

Diqqət vermək olar ki, müxtəlif gücdə olan zəlzələlər üçün maksimumların müxtəlif zaman periodları göstərilmişdir. Bu onunla əlaqədardır ki, əsasən zəlzələlərin müxtəlif gücü, öz miqyasına görə müxtəlif geodinamik prosesləri əks etdirirlər. Zəlzələnin gücü çox olduqca, yer qabığının öz miqyasına görə daha böyük blokları və çatları onunla əlaqədardır. Maqnitudası 8-9 olan ən güclü zəlzələlər, planetar miqyaslı proseslərlə əlaqədardır – adətən yer qabığının ən böyük bloklarının – litosfer plitələrinin horizontal hərəkəti ilə əlaqədardır. İzah etmək istəyirəm ki, maqnitudalar şkalası, adətən ona Rixter şkalası deyirlər, zəlzələnin enerjisini əks etdirir və onun maksimal qiyməti 9-9,1-dir. On iki ballıq şkala (MSK-64) binaların dağılması dərəcəsini əks etdirir və bilavasitə seysmik dalğanın keçməsi zamanı Yerin səthinin yerdəyişməsinin amplitudu və təcili ilə əlaqədardır.

- Sizin əvvəlki proqnozlarınız nə dərəcədə öz təsdiqini tapmışdır?

- Qeyd etmək istərdim ki, seysmik aktivliyin proqnozu və zəlzələlətin proqnozu bunlar eyni şey deyildir. Zəlzələ proqnozu konkret hadisəyə verilir və bu zaman ən azı üç parametr göstərilməlidir – gücü, vaxtı və proqnozlaşdırılan zəlzələnin episentrinin koordinatları. Seysmik aktivliyin proqnozu isə müəyyən gücdə olan zəlzələlərin sayını , müəyyən zaman intervalında konkret seysmik əraziyə verilir. Planetar miqyasda üç əsas seysmik ərazini qeyd etmək olar – bu Od halqasıdır – planetimizdə ən təhlükəli zonadır. Buraya İndoneziya, Filippinlər, Yeni Zenlandiya (bütün cənub-şərqi Asiya), Yaponiya, Kamçatka və Şimalda Aleut adaları və Şimali və Cənubi Amerikanın qərb sahilləri aiddir.

Öz aktivliyinə görə ikinci zona – Alp-Himalay seysmik kəməri, bu Alp dağlarından Himalay dağlarına qədər uzanır. Buraya Qafqaz da daxildir.

Üçüncü zona – buraya bütün dünya okeanının ortasından keçən sualtı silsilələr dahildir. İlk iki zona litosfer plitələrinin yaxınlaşmasını əks etdirirsə, üçüncü zona onların bir-birindən uzaqlaşması ilə xarakterizə olunur.

2010-cü ilin əvvəlində GEOCHANGE Beynəlxalq Komitəsi tərəfindən xüsusi kommünike hazırlanmışdır. Bu kommünike dünyanın 86 ölkəsindən olan 300-dən artıq məhşur alim tərəfindən imzalanmışdır. Burada 2010-2015-ci illər periodunda seysmik aktivliyin təhlükəli siklinin yaxınlaşması haqqında xəbərdarlıq edilmişdir. Bu kommünike BMT-nin Baş Katibinə, YUNESKO-ya, İslam Əməkdaşlıq Təşkilatına, Avrokomissiyaya, bütün ölkə başçılarına və parlamentlərinə göndərilmişdir. Bu proqnoz bütünlüklə təsdiq olunmuşdur, bunu aşağıda göstərilən qrafik sübut edir. Misal olaraq mən bir neçə ən güclü zəlzələləri böyük qurbanlara səbəb olmuşları yada salmaq istəyirəm.

- Haiti zəlzələsi (12 yanvar 2010 il) maqnitudası 7,1 , həlak olanların sayı 300 000 nəfər;

- Çili zəlzələsi (27 fevral 2010 il) maqnituda 8,8;

- Türkiyə (Oksular) zəlzələsi (28 mart 2010 il) maqnituda 8,8;

- Toxoku (Yaponiya) zəlzələsi (11 mart 2011 il) maqnituda 9 və sonra sunami, 15 000 nəfər həlak olmuşdur;

- Yeni Zenlandiya zəlzələsi (6 iyul 2011 il) maqnituda 7,6;

- Türkiyə (VAN) zəlzələsi (23 oktyabr 2011 il) maqnituda 7,1;

- Azərbaycan zəlzələsi (7 may 2012 il), Zaqatala, maqnituda 7,0. Üç yeraltı təkan nəticəsində 33 ev tam dağılmış, 18 nəfər xəstəxanaya aparılmışdır, 200-ə yaxın bina, o cümlədən 44 administrativ bina həsarət alınmışdır;

- 14 oktyabr 2012 ildə Balakən rayonunun 30 kilometrliyində Azərbaycanla Gürcüstan sərhədində 7 bal gücündə zəlzələ baş vermişdir. Ümumiyyətlə zəlzələdən 2500-dən artıq bina həsarət alınmışdır, onlardan 400-ə yaxın qəza vəziyyətindədir. Əhali arasında qurbanlar var.

Seysmik aktivliyin, dünya əhalisi arasında, gözlənilən qeyri-adi piki, xüsusən 21 dekabr 2012-ci il ərəfəsində, çoxlu sayda insanlarda panik qorxu yaratmışdır. Məhz bu zaman Mayya təqviminə görə 5125 illik siklə əsasən astromonik əsrlərin dəyişməsi baş verməli idi. Panika o qədər güclü idi ki, milyonlarla insan zarafatsız olaraq dünyanın sonuna hazırlaşırdılar. Yadımdadır, hətta Avstraliyanın Baş Naziri bununla əlaqədar nitqlə çıxış edərək öz ölkəsinin vətəndaşlarını mümkün planetar fəlakətin qarşısında birliyə çağırmışdır. Lakin bizm proqnoza görə məhz 2012-ci ilin sonu seysmik aktivliyin minimumunu əks etdirirdi, bu da insanların ümumi fikirlərinə zidd idi və bizi hətta buna görə tənqid edənlər də var idi.

- Rəhbərlik etdiyiniz GEOCHANGE Beynəlxalq Komitəsi nə etmək planlaşdırır?

- 2010-cu ildə olduğu kimi, GEOCHANGE BK-i BMT-nin Baş Katibinə və dövlət başçılarına müraciət göndəmişdir. Biz Azərbaycan Prezidenti İlham Əliyevə və Fövqəladə Hallaq üzrə Nazir Kamaləddin Heydərova müraciət göndərmişik. Bundan başqa, Beynəlxalq Elmlər Akademiyasının Prezidenti prof. Valter Kofler (Avstriya) bir sıra dövlət başçılarına, Azərbaycan alimlərinin yaradığı seysmik dayanıqlı tikinti texnologiasını və zəlzələlərin proqnozu texnologiyasını tətbiq etmək barəsində təkliflərlə müraciət etmişdir.

- Gələcək planlarınız nədir?

- “Sağlamlıq və Ekologiya” Beynəlxalq Elmlər Akademiyanın Prezidenti prof. Valter Kofler Bakıda olduğu müddətdə bu ilin oktyabr ayının ortalarında, Beynəlxalq Elmlər Akademiyasının MAKS company şirkətinə “Təhlükəsiz binalar” seysmodayanıqlı tikinti yeni texnologiyasına olan hüquqları ötürmüşdür. Bu şirkət modullu binalar tikintisində Qafqazda liderlər siyahısına dahildir.

Bununla eyni zamanda, prof. Valter Kofler İtaliyanın Baş Naziri Matteo Rensiyə zəlzələlərin proqnozlaşdırılması və öyrənilməsi ETİ-nin, NATO (“Elm sülh naminə”) və “Sağlamlıq və Ekologiya” Beynəlxalq Elmlər Akademiyasının beynəlxalq proqramlar çərçivəsində yaratdığı “Təhlükəsiz binalar” texnologiyasını tətbiq etmək darəsində təklif etmişdir. Qeyd etmək lazımdır ki, bu sadə texnologiya imkan verir ki, az mərtəbəli (5 mərtəbəyə qədər) seysmik dayanıqlı 10 bala qədər MSK-64 şkalasına görə və partlayış dalğasına dözən evlərin aşağı maya dəyəri, yerli əhali üçün imkanları çərçivəsinə uyğunlaşdırır.

BEA-nın Prezidenti Valter Kofler bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək, xahiş etmişdir ki, ölkəmizdə yeni seysmodayanıqlı evlərin tikintisi texnologiyasının tətbiq edilməsində kömək etsin.

WOSCO Agentliyinə verdiyi müsahibəsində Valter Kofler qeyd etmişdir ki, “Azərbaycan Prezidenti İlham Əliyevin böyük səyi nəticəsində yaxın zamanlarda işğal olunmuş Qarabağ ərazisinin bir hissəsinin Azərbaycana qaytarılacağına böyük ümidlər yaranıb. Bu ərazinin böyük hissəsi azmərtəbəli kərpic evlərə üstünlük verilən kənd rayonlarıdır. Artıq indidən, işğaldan azad olan ərazilərdə sosial evlərin tikintisinə hazırlaşmaq lazımdır ki, öz doğma yurdlarına qayıdan ailələrin öz evləri olsun. Nəzərə almaq lazımdır ki, Qarabağın ərazisi 8-9 ballıq seysmik zonada yerləşir və burada yüksəkkeyfiyyətli ucuz seysmikdayanıqlı evlərin tikintisi bu proqramın praktiki həyata keçirilməsində nəzərə alınmalıdır. Digər tərəfdən, “Təhlükəsiz binalar” layihəsinin Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş irimiqyaslı sosial evlərin tikintisi proqramı kənd rayonlarında daha bir vacib problemi – Sizin ölkədə kənd rayonlarında işsizliyi azaltmağa imkan verəcək”.

2013-cü ildə biz zəlzələlərin qısa müddətli proqnozu texnologiyasına yeni beynəlxalq patentləri almışıq ki, bu texnologiyalar əsasında biz zəlzələlərin proqnozlaşdırma stansiyalarını və Zəlzələlərin Proqnozlaşdırma Qlobal Şəbəkəsini modernləşdirmişik. Planetimizin bütün qitələrində yeni stansiyaların quraşdırılmasını planlaşdırmışıq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/176355.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR