Kipr Futbol Federasiyası prezidentinin şirkətinin binası qarşısında partlayış olub

Kipr Futbol Federasiyası prezidentinin şirkətinin binası qarşısında partlayış olub
08:22 18 Noyabr 2016
78 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ Kiprin yunan hissəsindəki Futbol Federasiyasının prezidenti Kostakis Kutsokominsə məxsus sığorta şirkətinin binasının qarşısında partlayış olub.
"Report" "Sinxua" agentlyinə istinadən xəbər verir ki, 60 yaşlı prezident xəsarət almayıb.
İnformasiyaya əsasən, polis partlayışı milli çempionatdakı danışılmış oyunlarla əlaqələndirib.Məlumata görə, bu həftənin əvvəlində UEFA (Avropa Futbol Federasiyaları Assosiasiyası) Kipr adasının bu hissəsində danışılmış oyunları araşdırmağa başlayıb.
Xəbərdə bildirlib ki, 2011–ci ildə keçirilən qarşılaşmalardan azı 75-i şübhəlidir.
Qeyd edək ki, Kiprin bu hissəsi Avropa İtifaqının üzvüdür.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/kipr-futbol-federasiyasi-prezidentinin-sirketinin-binasi-qarsisinda-partlayis-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR