Azərbaycanın daha bir taekvondoçusu dünya çempionatında medal qazanıb

Azərbaycanın daha bir taekvondoçusu dünya çempionatında medal qazanıb
09:42 18 Noyabr 2016
56 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ Kanadanın Burnabi şəhərində gənc taekvondoçular arasında keçirilən dünya çempionatında Azərbaycan yığması daha bir medal qazanıb. 
"Report"un məlumatına görə, ikinci yarış günündə 55 kq çəki dərəcəsində mübarizəyə qatılan Qaşım Maqomedov gümüş medala sahib olub. Ardıcıl olaraq, ukraynalı, çinli, meksikalı, italiyalı və iranlı rəqiblərini məğlub edən Maqomedov finalda cənubi koreyalıya uduzub. 
Qeyd edək ki, bu, dünya çempionatında Azərbaycan yığmasının ikinci medalı olub. İlk yarış günündə Ayaz Qəmbərli (45 kq) bürünc medala yiyələnib.  

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycanin-daha-bir-taekvondocusu-dunya-cempionatinda-medal-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR