Türkiyə XİN başçısı erməni deputatla qalmaqal yaşayıb

Türkiyə XİN başçısı erməni deputatla qalmaqal yaşayıb
14:44 19 Noyabr 2016
104 Digər
Ölkə mətbuatı
A- A+

 

NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyasında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə erməni deputat arasında qalmaqal baş verib.

 

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Ermənistan parlamentinin üzvü Koryun Nahapetyan Türkiyəni bəzi məsələlərdə ittiham edib: “Türkiyə İŞİD-ə dəstək verir”.

 

M. Çavuçoğlu isə buna sərt reaksiya göstərib: “Fikirlərimiz müxtəlif ola bilər, amma əvvəlcə dürüst olmalıyıq. Siyasətçi olduğumuz üçün dürüstlüyə daha çox diqqət yetirməliyik. Təəssüf ki, erməni dostlarımız heç dürüst olmurlar. İŞİD-ə dəstək verdiyimizi necə deyə bilərsiniz? İndiyədək hansı ölkə Türkiyənin öldürdüyü qədər İŞİD terrorçusu məhv edib? Heç de dürüst olmayan formada İŞİD-i dəstəklədiyimizi deyirsiniz”.   

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259973

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR