İlk olaraq "Sumqayıt" doğma azarkeşlər önündə "Neftçi" ilə münasibətlərinə aydınlıq gətirəcək. Komandalar turnir cədvəlin müvafiq olaraq 6 və 7-ci pillələrdə qərarlaşıb. "Neftçi" səfər qələbəsi sayəsində xal ehtiyatını 12-yə çatdıracaq. Nəticədə Bakı klubu "Sumqayıt"ı geridə qoyaraq "Kəpəz"lə xallarını eyniləşdirəcək. "Sumqayıt" isə qələbə qazanarsa, "Kəpəz"i qabaqlayaraq 5-ci pilləyə yüksələcək. Komandalar bugünədək 17 oyunda qüvvəsini sınayıb. Bu görüşlərin 10-u "Neftçi"nin, 5-i isə "Sumqayıt"ın üstünlüyü ilə başa çatıb. 2 oyunda isə qalib müəyyənləşməyib. "Sumqayıt" son iki matçda eyni – 2:1 hesablı qələbə qazanıb. "Neftçi" 10 oyundur meydanı qolsuz tərk etmir.
Günün və turun son oyununda isə "İnter" və AZAL komandaları qarşılaşacaq. "Bankirlər" 3 xal sayəsində "Qəbələ" və "Qarabağ"la xal fərqini 5-ə endirəcək və 3-cü pillədə möhkəmlənəcək. AZAL isə sonuncu pillədən xilas olmaq üçün xal ehtiyatını artırmalıdır. Komandalar 31 oyund üz-üzə gəlib. 13 dəfə "İnter", 5 dəfə isə AZAL qələbə qazanıb. 13 oyunda isə komandalar meydanı sülhlə tərk edib. AZAL son 12 oyunda qələbə qazana bilmir. Ardıcıl 5 ev oyununda xal itirməyən “İnter” bunların son dördündə qol da buraxmayıb.
Azərbaycan Premyer Liqası, XII tur
20 noyabr
14:00. "Sumqayıt" - "Neftçi"
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, İsgəndər Əliyev, Azər Əsgərov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Diniyev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Əhmədağa Cabbarov
Sumqayıt. "Kapital Bank Arena"
16:00. "İnter" - AZAL
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Fariz Yusifov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Rövşən Əhmədov
Bakı. "İnter Arena"
Qeyd edək ki, turun ilk oyun günündə meydan sahibləri qələbə qazanıb. "Qəbələ" "Zirə"ni, "Qarabağ" isə "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib.