XİN: "Kimsə zəmanət verə bilməz ki, Tramp Rusiya üçün "uyğun" prezidentdir"

XİN: "Kimsə zəmanət verə bilməz ki, Tramp Rusiya üçün "uyğun" prezidentdir"
12:05 21 Noyabr 2016
88 Dünya
Ölkə mətbuatı
A- A+

Moskva və Vaşinqton terrorçuluğa qarşı mübarizə sahəsində etibarın bərpa olunması üçün ciddi addımlar atmalıdır. Bununla belə, ABŞ prezidenti seçilmiş Donald Trampın Rusiya üçün bu sahədə "uyğun" prezident olması üçün təminat yoxdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu sözləri RİA Novosti agentliyinə Rusiya Xarici İşlər Nazirliyinin yeni çağırışlar və təhlükələr üzrə departamentin direktoru İlya Roqaçyov deyib.

Onun sözlərinə görə, terrorçuluğa qarşı mübarizə iki ölkə arasında əməkdaşlığın prioritet sahələrindəndir. Digər tərəfdən o, mövcud problemlərin qısa zaman ərzində həll olunacağının sual altında olduğunu deyib:

"Moskvada əmin deyillər ki, bu məsələdə Tramp bizim üçün "rahat" prezidentdir."

Rusiya XİN rəsmisi yeni prezident administrasiyasının antirusiya mühitini düzəltmək üçün bəzi addımlar atacağını ehtimal edib:

"Yeni administrasiyanın terrorla mübarizə sahəsində Rusiya ilə əməkdaşlıqla bağlı fikirləri tərəfimizdən yaxşı qarşılansa da, bu sözlərin fəaliyyətlə uyğun olub-olmadığını zaman göstərəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/491453.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR