Bülənt Ersoy: “Kimsə məni zorlasaydı...”

Bülənt Ersoy: “Kimsə məni zorlasaydı...”
12:48 21 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Türk Sənət Musiqisinin primadonnası Bülənt Ersoy ana olmaq istəyindən danışıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, restoranda onunla söhbət etmək istəyən uşaqları görən müğənni jurnalistlərə "Əgər doğa bilsəydim, qızım olmasını istərdim. Təəssüf ki, bacarmıram” deyə bildirib.

Ulduz Türkiyədə cinsi istismar haqqında qəbul olunmuş qanuna da münasibət bildirib: "Qanunları çox yaxşı anlamıram. Amma, məsələn, kimsə məni zorlasa, o insandan həzz alardımmı? Həzz alsaydım, o insanla birlikdə olardım. O, təbii ki, həbsə düşməmək üçün mənimlə evlənəcək. Bəs mən bunu qəbul edəcəyəm? Mən ondan xoşlandığımı dedim? Mənim ürəyimdə başqası var. Tanımadığım şəxs belə bir şeyi necə edə bilər? Bunu qəbul edə bilmərəm".

Ajda Pekkan ilə münasibətlərinin düzəlib-düzəlməməsinə isə Ersoy "Xeyr, yaxşı deyil" deməklə kifayətlənib.

Aytən


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR