Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, məqalə “Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “Gözəllik kraliçası” tamaşası Permdə keçirilən II Martin MakDonax Beynəlxalq Teatr Festivalının ən parlaq hadisəsi oldu” başlığı altında çap olunub.
Məqalədə Gənc Tamaşaçılar Teatrı və teatrın Rusiya Federasiyasının Perm şəhərində keçirilmiş II Beynəlxalq Martin MakDonax Teatr Festivalındakı uğurlu çıxışından bəhs edilib.





