Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə büdcədən ayrılacaq vəsaitin məbləği açıqlanıb
Paylaş
235 baxış·1 dəq oxu
Bakı. 22 noyabr. REPORT.AZ/ Gələn ilin dövlət büdcəsindən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 2 198 896 manat vəsait ayrılacaq. “Report”un xəbərinə görə, bu barədə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi” layihəsində qeyd olunub. Bu rəqəm 2016-cı ildə 1 946 275 manat olub. Gələn ildə ayrılacaq vəsait 2016-cı il ilə müqayisədə 252 621 manat çoxdur.