İngiltərənin "Vest Hem" klubu Portuqaliyanın futbol üzrə gənclər yığmasının 16 yaşlı yarımmüdafiəçisi Dominquş Kina ilə müqavilə imzalayıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, müqavilə 2020-ci ilə qədər nəzərdə tutulub.

Kina 2016-cı ildə Portuqaliya milli komandasının heyətində Azərbaycanda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatının qalibi olub və turnirdə 2 qol vurub.

Milli.Az