Nəsibə Zeynalovanın 100 illik yubileyi ilə əlaqədar filmlərin nümayişi olacaq

Nəsibə Zeynalovanın 100 illik yubileyi ilə əlaqədar filmlərin nümayişi olacaq
17:37 22 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ Azərbaycanın xalq artisti, mərhum Nəsibə Zeynalovanın 100 illik yubileyi ilə əlaqədar Nizami Kino Mərkəzində filmlərin nümayişi keçiriləcək.
Mərkəzin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, həftə ərzində - noyabrın 23-də “Bəyin oğurlanması” milli komediyası, noyabrın 24-də əfsanəvi “Bizim Cəbiş müəllim”, noyabrın 25-də “Qanun naminə” bədii filmləri və noyabrın 26-da “Qaynana” komediyası şəhər sakinlərinə və qonaqlara təqdim olunacaq.
Filmlərə giriş sərbəstdir. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/nesibe-zeynalovanin-100-illik-yubileyi-ile-elaqedar-filmlerin-numayisi-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR