Ərdoğan: “Türkiyəni 7-8 hissəyə bölmək istəyirdirlər”

Ərdoğan: “Türkiyəni 7-8 hissəyə bölmək istəyirdirlər”
17:58 22 Noyabr 2016
107 Dünya
Ölkə mətbuatı
A- A+

“Türkiyədən qaçan terrorçular Brüssel küçələrində gəzirlər. Biz bunları tanıyırıq”.

Publika.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Yeni Təhlükəsizlik Konsepti” konfransında çıxışında deyib.

“Bizim daxili qərarlarımıza heç kim müdaxilə edə bilməz. Keçmişdə yol verilən səhvlərdən lazımı nəticələr çıxararaq özümüzə yeni və işıqlı gələcək qurmaqda qərarlıyıq. 2 min 200 ildən daha uzun dövlət ənənəsinə sahibik. Biz kabinet, çadır dövləti, yaxud da qəbilə dövləti deyilik. Osmanlı 3 qitəni əhatə edən dövlət olub. 22 milyon kvadrat kilometrlik ərazisi olan bir dövlətin varisləriyik. Təəssüf ki, əlimizdə 780 min kvadrat kilometr ərazi qalıb”, - Türkiyə prezidenti bildirib.

Ərdoğan növbəti dəfə tarixi Sevr və Lozanna müqavilələrini xatırladıb: “Birinci Dünya Müharibəsinin qalibləri tərəfindən qoyulan qaydalar Türkiyənin yaşamasını nəzərdə tutmurdu. Sevr indiki Türkiyənin 7-8 hissəyə bölünməsini nəzərdə tuturdu. Türkiyə bu bölünməni rədd edərək bugünkü sərhədlərini çəkdi. Lozannadakı bütün qazancları əlbəttə ki, təqdirlə qarşılayırıq. Amma Lozanna əsla müzakirə edilməz və müqəddəs bir mətn deyil. Əlbəttə, müzakirə edəcəyik və daha yaxşısına sahib olmaq üçün çalışacağıq. Bizi Lozanna ilə həbs etməyə çalışırlar. Amma bizim hələ sözümüz var. Türkiyəni 2023-cü il hədəflərinə çatdırmalıyıq. Fərqindəyik ki, bir çoxlarının ayağını tapdalayacağıq, bir çoxlarının maraqlarına toxunacağıq. Amma Türkiyəni addım-addım irəliyə aparmaqda qərarlıyıq”.

Türkiyə prezidenti deyib ki, ölümdən qorxmayan bir milləti dayandıracaq heç bir güc yoxdur.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176956.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR