PSJ-nin müdafiəçisi Serj Orye Çempionlar Liqasının “Arsenal”la oyununda komandasına kömək edə bilməyəcək.
Publika.az xəbər verir ki, buna səbəb heç də futbolçunun cəzalı və ya zədəli olması yox, İngiltərə Daxili İşlər Nazirliyinin göstərişinə əsasən ölkəyə buraxılmamasıdır. Fransa mətbuatında yer alan xəbərə görə, Oryenin İngiltərəyə buraxılmamasına səbəb onun barəsində təhqiqatın davam etməsidir.
Belə ki, sentyabrda polis məmuruna hücum etdiyinə görə 21 min avro və 2 ay həbs cəzası alan Serj qərara etiraz etdiyi üçün təhqiqat davam edir.
"Arsenal" - PSJ oyunu sabah, Bakı vaxtıyla saat 23:45-də başlayacaq.